Menu

Azərbaycanda əhalinin sayı açıqlanıb

20.02.2026, 17:33
Azərbaycanda əhalinin sayı açıqlanıb

2025-ci ildə ölkə üzrə əhalinin sayı 37 462 nəfər və ya 0,4 faiz artaraq 2026-cı il yanvar ayının 1-i vəziyyətinə 10 262 351 nəfərə çatıb.

Bu, Dövlət Statistika Komitəsinin 2025-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrində öz əksini tapıb.

Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol