Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş daha bir qrup şəxs avtomobillə təmin olunacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Məlumata görə, Agentlik tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq sözügedən kateqoriyaya aid daha 24 şəxsə avtomobillər təqdim ediləcək.
Minik avtomobillərinin 2025-ci il istehsal olması əsas şərtlərdən biri kimi müəyyənləşdirilib.
Agentlik avtomobillərin alqı-satqısı ilə bağlı "Azərmaş Park" şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, bir avtomobilin qiyməti 16 min manat müəyyənləşib. Ümumilikdə isə müqavilənin maliyyə dəyəri 384 min manatdır.


Şərhlər