İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə müvəqqəti razılaşma əldə olunduğu barədə yayılan xəbərləri qəti şəkildə təkzib edib.
Həftəlik mətbuat konfransında çıxış edən sözçü bildirib ki, mediada yer alan bu məlumatlar tamamilə əsassızdır. Onun sözlərinə görə, danışıqların məqsədi qarşı tərəfə hər hansı tələb diktə etmək olmamalıdır və təzyiq yolu ilə nəticə əldə etmək mümkün deyil.
Bəqayi vurğulayıb ki, İran diplomatik yolu davam etdirir və danışıqlar prosesində konstruktiv nəticə əldə olunacağına ümid edir. O əlavə edib ki, “tələb dayatmaqla nəticə əldə etmək olmaz” və İran təslim olma anlayışını qəbul etmir, bunu beynəlxalq hüquqa zidd hesab edir.
Sözçü həmçinin Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə imzalanmış təhlükəsizlik sazişi çərçivəsində əməkdaşlıq etdiyini qeyd edib.
Bundan əvvəl "Reuters" agentliyinə danışan iranlı rəsmi Tehranın mümkün razılaşma əldə etmək məqsədilə nüvə proqramı ilə bağlı yeni güzəştlər etməyə hazır olduğunu bildirmişdi. Mənbə iddia edib ki, razılaşma iqtisadi sanksiyaların ləğvini və İranın dinc məqsədlərlə uranı zənginləşdirmək hüququnun tanınmasını nəzərdə tutmalıdır.
"AzPolitika.info"


Şərhlər