Menu

Müşfiq Abbasov həbs edildi

23.02.2026, 17:51
Müşfiq Abbasov həbs edildi

Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.

Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.

Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvətalma ittihamı ilə həbsdə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol