Menu

Avropa Parlamenti ABŞ-la ticarət müqaviləsi üzrə səsverməni təxirə salıb

23.02.2026, 19:39
Avropa Parlamenti ABŞ-la ticarət müqaviləsi üzrə səsverməni təxirə salıb

Avropa Parlamentində ABŞ-la ticarət müqaviləsi üzrə səsvermə təxirə salınıb.

APA xəbər verir ki, bu barədə “Reuters“ parlamentdəki iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, buna ABŞ Prezidenti Donald Trampın Ali Məhkəmədə əvvəlki qlobal tariflərin ləğvindən sonra yeni - 15% ümumi idxal rüsumunun tətbiq olunacağı barədə qərarı səbəb olub.

Bununla Aİ qanunvericiləri ikinci dəfə müqavilə üzrə səsverməni təxirə salıblar. Bundan əvvəl avroparlamentarilər Trampın Qrenlandiyanı almaq tələbi və Avropa müttəfiqlərinə əlavə tariflər tətbiq etmək hədələri ilə bağlı səsverməni dayandırıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol