Menu

İran məhkəməsi yanvardakı etirazlarla bağlı ilk ölüm hökmünü çıxarıb

24.02.2026, 16:51
İran məhkəməsi yanvardakı etirazlarla bağlı ilk ölüm hökmünü çıxarıb

İran İnqilab Məhkəməsi yanvar ayında etiraz aksiyalarında iştirak edən Məhəmməd Abbasi barəsində ölüm hökmü çıxarıb.

APA xəbər verir ki, bu barədə “Reuters“ ittiham olunan şəxsin ailə üzvlərinə istinadən məlumat yayıb.

O, “Allaha düşmənçilik” ittihamı üzrə təqsirli bilinib.

Abbasi nümayişlər zamanı bir polkovnikin öldürülməsində iştirakda ittiham edilib.

Bildirilir ki, bu, yanvar ayında baş vermiş kütləvi etirazlarla bağlı ilk belə hökmdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol