Menu

Azərbaycan və Ermənistan etimad quruculuğu tədbirlərini müzakirə edib

24.02.2026, 17:22
Azərbaycan və Ermənistan etimad quruculuğu tədbirlərini müzakirə edib

Azərbaycan və Ermənistan çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Azərbaycanın xarici işlər nazirliyindən verilən məlumata görə, müzakirələri iki ölkənin XİN başçılarının müavinləri Elnur Məmmədov və Robert Abisoğomonyan aparıblar.

Onlar fevralın 24-də Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol