Menu

Ukrayna Rusiyada zavoda dron zərbəsi endirib, 7 nəfər ölüb, 10 yaralı var - YENİLƏNİB

25.02.2026, 15:41
Ukrayna Rusiyada zavoda dron zərbəsi endirib, 7 nəfər ölüb, 10 yaralı var - YENİLƏNİB

Rusiyada partlayıcı maddələrin istehsalı üçün konsentratlar istehsal edən kimya zavoduna dron hücumu nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Smolensk vilayətinin qubernatoru Vasili Anoxin bildirib.

Anoxin zavoda hücumdan sonra vilayətdə təxliyə elan oluna biləcəyini qeyd edib.

Qubernator vəziyyətin nəticələrini qiymətləndirmək üçün aidiyyəti qurumların mütəxəssislərinin cəlb ediləcəyini vurğulayıb. 

***

Ukrayna Silahlı Qüvvələri fevralın 25-nə keçən gecə Rusiyanın Smolensk vilayətinin Doroqobuj şəhərindəki "Doroqobuj" kimya zavoduna hücum edib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Məlumata əsasən, Ukrayna PUA-sının zərbələri kimya zavodunun ərazisində yanğına səbəb olub.

"Doroqobuj" ASC Smolensk vilayətində iri sənaye müəssisəsidir və azot gübrələrinin və kimya məhsulların istehsalı üzrə ixtisaslaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol