Menu

Rusiyaya qarşı nə qədər sanksiya tətbiq olunub? - Rəqəmlər açıqlandı

25.02.2026, 15:17
Rusiyaya qarşı nə qədər sanksiya tətbiq olunub? - Rəqəmlər açıqlandı

2014-cü ildən indiyədək Rusiyaya qarşı ümumilikdə 31 min 500-dən çox sanksiya tətbiq olunub. 

Bu barədə "RIA Novosti" agentliyi açıq mənbələrə və “Castellum” analitik portalına istinadən məlumat yayıb.

Məlumata görə, sanksiyaların təxminən 92,5 faizi 2022-ci ilin fevralından sonra tətbiq edilib. Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən ölkə Amerika Birləşmiş Ştatlarıdır – ümumi məhdudiyyətlərin 23,5 faizi (7411 sanksiya) bu ölkənin payına düşür.

Sonrakı yerlərdə Kanada (12,6% – 3980 sanksiya) və İsveçrə (12,2% – 3851 sanksiya) qərarlaşıb.

İlk onluqda həmçinin Avropa İttifaqı (10,2% – 3212 sanksiya), Norveç (9% – 2838 sanksiya), Böyük Britaniya (8,1% – 2537 sanksiya), İslandiya (7,9% – 2482 sanksiya), Yeni Zelandiya (6,4% – 2032 sanksiya), Avstraliya (5,4% – 1694 sanksiya) və Yaponiya (4,6% – 1441 sanksiya) yer alır.

Qeyd edək ki, fevralın 24-də Ukrayna münaqişəsinin başlanmasının dördüncü ildönümündə ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək dörd fiziki və üç hüquqi şəxsi siyahıya əlavə edib. Elə həmin gün Kanada da 70-dən çox Rusiya vətəndaşı və şirkətinə qarşı əlavə sanksiyalar tətbiq etdiyini açıqlayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol