Menu

Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi

25.02.2026, 16:04
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya etdi

Son günlərdə Miqrasiya Departamenti 25 ölkədən 85 vətəndaşı Gürcüstandan çıxarıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Miqrasiya İdarəsi tərəfindən görülən tədbirlər nəticəsində Azərbaycan, Banqladeş, Belarus, Misir, İraq, Türkiyə, Türkmənistan, Yəmən, İordaniya, Hindistan, İran, İsrail, Fil Dişi Sahili, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Cənubi Afrika, Ermənistan, Sudan, Tayland, Filippin, Qırğızıstan və Çinin 85 vətəndaşı ölkədən çıxarılıb", - deyə məlumatda qeyd olunub.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol