Menu

Laricani Ermənistanın müdafiə naziri ilə regional təhlükəsizliyi müzakirə edib

25.02.2026, 17:22
Laricani Ermənistanın müdafiə naziri ilə regional təhlükəsizliyi müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı regional təhlükəsizlik və sabitlik, eləcə də Ermənistan-İran ikitərəfli əməkdaşlığının gedişi və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Papikyan İran ətrafında vəziyyətin diplomatik yolla həll olunmasının vacibliyini vurğulayıb.

Eyni zamanda, görüşdə Ermənistan və İran ətrafında təhlükəsizlik mühitinə də toxunulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol