Menu

“Təəssüf ki, Ukraynanın nüvə silahı yoxdur” - Zelenski

25.02.2026, 20:44
“Təəssüf ki, Ukraynanın nüvə silahı yoxdur” - Zelenski

“Rusiya cəbhədə qalib gələ bilməyəndə, Ukraynada nüvə silahı axtarmağa başlayır”

Döyüş meydanında qələbələrin olmaması səbəbindən Rusiya Ukraynadakı nüvə silahları ilə bağlı iddialar uydurmağa başlayır.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveç Baş naziri ilə birgə mətbuat konfransında deyib.

Zelenski Rusiya hakimiyyətinin Böyük Britaniya və Fransanın guya Ukraynaya nüvə silahı ötürməyə hazırlaşdığı barədə əsassız ittihamlarına cavab verib: "Adətən, Rusiya döyüş meydanında qalib gələ bilmədikdə, Ukrayna ərazisində nüvə silahı axtarmağa başlayır. Təəssüf ki, Ukraynanın nüvə silahı yoxdur. Bütün halları bilirsiniz - Ukraynanın bu silahlara nə vaxt sahib olduğunu və onun nə vaxt yoxa çıxdığını, bunun necə baş verdiyini".

Prezident həmçinin Rusiyanın bu ritorikasını həm Cenevrədə üçtərəfli görüşlərə hazırlıq, həm də siyasi təzyiqlə əlaqələndirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol