Menu

“Tramp məyusdur...” - “Bəzi məsələlər çox mürəkkəb olaraq qalır"

26.02.2026, 12:15
“Tramp məyusdur...” - “Bəzi məsələlər çox mürəkkəb olaraq qalır"

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin bitməsini istəyir və buna nail olmaq üçün artıq çox iş görüb.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Amerika lideri Ukrayna mövzusuna xeyli siyasi kapital qoyub. Ancaq müəyyən məsələlərdə bəzi irəliləyişlərə baxmayaraq, Tramp ümumilikdə məyusdur.

"O, sadəcə olaraq başa düşmür ki, bu qədər qəddar, dəhşətli və qanlı müharibədə iki ölkə necə razılığa gələ bilmir... Stiv Uitkoff bunu bitirmək üçün öz hesabına neçə dəfə dünyanı gəzib, bilmirəm. Buna çox səy göstərən çoxlu insanımız var və düşünürəm ki, məsələlərin daraldılmasında irəliləyiş əldə etmişik, amma bəzi məsələlər təəssüf ki, çox, çox mürəkkəb olaraq qalır", - deyə Rubio vurğulayıb.

Qeyd edək ki, “Axios” nəşrinin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Donald Tramp arasında dünən baş tutan telefon danışıqında ABŞ Prezidenti müharibəni bir aya bitirmək istədiyini deyib.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovun sözlərinə görə isə Ukrayna danışıqlarında irəliləyiş var bütün tərəflərin son qərarlar verməli olduğu bir an yaxınlaşır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol