Menu

Rusiya bu gecə 400-dən çox dronla Ukraynaya hücum edib - Zelenski

26.02.2026, 12:30
Rusiya bu gecə 400-dən çox dronla Ukraynaya hücum edib -  Zelenski

Rusiya ordusu bu gecə Ukraynaya 11-i ballistik olmaqla 39 raket və 420 dronla zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.

“Səkkiz bölgədə dağıntılar var: bir çox fərdi və çoxmərtəbəli binalar zədələnib. İndiyə olan məlumata görə, bu hücum nəticəsində uşaqlar da daxil olmaqla onlarla yaralı var”, - Zelenski qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol