Menu

Netanyahu ifadə verməyə çağrılıb - Bu iş üzrə

26.02.2026, 14:29
Netanyahu ifadə verməyə çağrılıb - Bu iş üzrə

İsrailin Baş naziri Benyamin Netanyahu barəsində “gizli sənədlərin sızdırılması” işi üzrə ifadə verməyə çağırmaq barədə qərar qəbul edib.

Bu barədə İsrail Dövlət Televiziyası KAN məlumat yayıb. Qeyd olunur ki, Netanyahunun ifadə verəcəyi tarix hələ müəyyənləşdirilməyib.

Məlumata görə, Netanyahu baş müşaviri Tzaxi Bravermanın Almaniyanın "Bild" qəzetinə sızdırılan məxfi sənədlərlə bağlı aparılan istintaqa mane olmağa cəhd etməsi şübhəsi üzrə açılmış iş çərçivəsində dindiriləcək. Baş nazir ofisindən məlumatların necə əldə olunması ilə bağlı sualları cavablandıracaq.

Baş prokuror dünən polisə Netanyahunu ifadəyə çağırmaq üçün icazə verib. Eyni zamanda, məxfi məlumatların sızdırılmasından əvvəl necə əldə edildiyinə dair istintaq üzrə məxfilik qərarının qüvvədə qaldığı bildirilib.

Braverman həssas məxfi sənədlərin xarici mediaya ötürülməsi ilə bağlı istintaqa mane olmaq şübhəsi ilə saxlanılıb. İş üzrə daha əvvəl həbs olunmuş Netanyahunun keçmiş sözçüsü Eli Feldstein də yenidən ifadə verməyə çağırılıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol