Menu

“Biz tapşırığımızı həyata keçirmək prosesindəyik” – Lavrov “müharibə nə vaxt bitəcək” sualına cavab verib

26.02.2026, 17:29
“Biz tapşırığımızı həyata keçirmək prosesindəyik” – Lavrov “müharibə nə vaxt bitəcək” sualına cavab verib

Rusiya hakimiyyətinin Ukraynaya qarşı müharibəni dayandırmaqla bağlı son tarixi yoxdur.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Cenevrədə Ukrayna və Amerika danışıqçıları arasında gözlənilən yeni görüş ərəfəsində jurnalistlərə deyib.

"Nə vaxtsa son tarix barədə danışdığımızı eşitmisiniz? Bizim bir tapşırığımız var və biz onu həyata keçirmək prosesindəyik", - deyə o bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə əlavə edib ki, "hazırda hər hansı bir mərhələni müəyyən etməyə və ya hər hansı bir proqnoz verməyə çalışmaq ən böyük səhv olardı".

O, həmçinin vurğulayıb ki, Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş yalnız nümayəndə heyətləri arasında danışıqlar başa çatdıqdan sonra, "buna son qoymaq üçün" baş tuta bilər.

Qeyd edək ki, dünən Prezident Volodimir Zelenski müharibəyə son qoymaq üçün Cenevrədə keçiriləcək növbəti danışıqlar mərhələsi ilə bağlı gözləntilərini açıqlayıb. O deyib ki, hazırda ərazi probleminin həll olunacağına inanmır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol