Menu

Ərdoğan: Xocalı qətliamını heç vaxt unutmayacağıq

26.02.2026, 17:47
Ərdoğan: Xocalı qətliamını heç vaxt unutmayacağıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

"Report" xəbər verir ki, prezident bu barədə "X" sosial media hesabında yazıb.

"Xocalı qətliamının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmət və dərin hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Ağrısını hər zaman qəlbimizin ən dərinində hiss edəcəyimiz bu insanlıqdan uzaq qətliamı heç vaxt unutmayacağıq", - paylaşımda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol