Menu

Vitse-spiker Milli Məclisin adının dəyişdirilib “Millət Məclisi” olmasını təklif edib

27.02.2026, 14:03
Vitse-spiker Milli Məclisin adının dəyişdirilib “Millət Məclisi” olmasını təklif edib

Vitse-spiker Rafael Hüseynov Milli Məclisin adının dəyişdirilib “Millət Məclisi” olmasını təklif edib.

APA xəbər verir ki, Rafael Hüseynov belə təkliflə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Azərbaycan dilinin qrammatik normalarına görə, əslində “mədəni sənaye” yox, “mədəniyyət sənayesi”, “mədəni yaradıcılıq” deyil, “mədəniyyət yaradıcılığı” olmalıdır. Bundan başqa, əslində “Milli Məclis” yox, “Millət Məclisi” olmalıdır. Türkiyədə də belədir. Biz “millət vəkili” deyirik, “milli vəkil” yox”, - vitse-spiker bildirib.

Şərhlər

Azər 2026-02-27 17:31:29

Məncə Zillət Məclisi daha uyğundur. Amma o məclisdə ki, sən və sənin kimilər oturacaq bu heç nəyi dəyişməyəcək. O Məclisin dəyişməli bircə problemi varsa o da sən və sənin kimilərin oradan getmənizdir. Bu da baş verməyəcək. Çünki belə lazımdır. Dəyişmələr də sizdən betərilərini gətirib otuzduracaqlar. Görünür sizlərdən beterini hələ tapa bilməyiblər...

Vətəndaş 2026-02-27 17:00:43

Mili sözü ilə Mllət sözü arasında fərqi də aydınlaşdırmaq doğru olardı.Çünki Milli dedkdə azərbaycan türk milliliyi nəzərdə tutulur.Millət dedikdə isə Mili Məclisdə Azərbaycanda bu və ya başqa səbbrdən toplanmış millətlər nəzərdə tutulur.İndi özünüz düşünün.Belə olan zaman Məclisə yezidi kürdlər. erməni qanı daşıyanlar da daxl ola biəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol