Menu

47 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb

27.02.2026, 15:17
47 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb

Şamaxıda fevralın 26-da 1979-cu il təvəllüdlü Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Şamaxı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla Könül Eminovanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol