Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

Bu barədə məlumat Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanıb. 

Nazirliyin yaydığı rəsmi bəyanata görə, Rusiya hərbçiləri vilayətin Krasnoznamenka yaşayış məntəqəsində nəzarəti təmin ediblər.

Ukrayna tərəfi məsələ ilə bağlı hələlik açıqlama verməyib.

"AzPolitika.info"