ABŞ Prezidenti Donald Tramp İrana qarşı hücumla bağlı bəyanatında İran rejiminin əsas dayağı olan SEPAH-a silahlarını yerə qoymağı əmr edib və Tehranı İran donanmasını məhv etməklə hədələyib.
“AzPolitika” xəbər verir ki, Tramp "onlara (SEPAH döyüşçülərinə) ədalətli münasibət göstəriləcəyinə və tam toxunulmazlıq veriləcəyinə" vəd verib. Bununla yaanşı, əlavə edib ki, əks halda mütləq ölümlə üzləşəcəklər.
"Bu terrorçu rejim heç vaxt nüvə silahına sahib ola bilməyəcək. Təkrar edirəm: onlar heç vaxt nüvə silahına sahib ola bilməyəcəklər", - deyə Tramp bəyan edib.
"Biz İranın donanmasını məhv edəcəyik və regionun terrorçu əlaltılarının artıq regionu və ya dünyanı qarışdıra və ya qüvvələrimizə hücum edə bilməyəcəyinə əmin olacağıq", - deyə ABŞ prezidenti əlavə edib.
“AzPolitika.info”


Şərhlər