Menu

Xameneinin evi və ofisi hücuma məruz qalıb

28.02.2026, 11:58
Xameneinin evi və ofisi hücuma məruz qalıb

İranın Ali Lideri Əli Xameneinin evi və iş ofisinin hücuma məruz qaldığı bildirilir.

Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hücum zamanı Xamenei Tehranda olmayıb. Agentlik İran rəsmisinə istinadən yazır ki, Ali Lider təhlükəsizlik məqsədilə paytaxtdan çıxarılaraq təhlükəsiz məkana aparılıb.

Eyni zamanda Fars News Agency Tehranla yanaşı, ölkənin bir neçə şəhərində – İsfahan, Qum, Kərəc və Kirmanşahda da partlayış səslərinin eşidildiyini bildirib.

Baş verən hadisələrdən sonra İran hava məkanını bütün növ təyyarələr üçün bağlayıb. Hadisənin detalları və hücumun səbəbləri ilə bağlı hələlik əlavə rəsmi açıqlama verilməyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol