İsrailin hava Hücumundan Müdafiə Vasitələri İran raketini zərərsizləşdirib, zərərçəkən yoxdur.
"Report" xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.
"Ölkənin Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, İrandan İsrailin mərkəzi hissəsinə doğru buraxılmış bir raket HHM vasitələri tərəfindən zərərsizləşdirilib", - nəşr bildirir.
Məlumata görə, İrandan ballistik raketlərin buraxılmasından sonra İsrailin şimalında yenidən sirenlər işə düşüb.
***
İran İsrailə raket zərbələri endirib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri İrandan İsrail ərazisinə raketlər atıldığını təsbit edib. Müdafiə sistemləri təhlükəni aradan qaldırmaq üçün çalışır. Ötən bir neçə dəqiqə ərzində müvafiq ərazilərdə mobil telefonlara ehtiyat tədbirləri ilə bağlı təlimat göndərilib. İctimaiyyətdən xahiş olunur ki, təlimatlara əməl etsinlər”, - IDF-in açıqlamasında deyilir.


Şərhlər