Menu

İran ABŞ-nin dörd hərbi bazasına zərbələr endirib

28.02.2026, 14:23
İran ABŞ-nin dörd hərbi bazasına zərbələr endirib

Qətərin hava hücumundan müdafiə qüvvələri İrandan atılan ikinci raket dalğasını uğurla qarşılayıb. Bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, yüksək hazırlıq və təhlükəsizlik tədbirləri, həmçinin səlahiyyətli orqanların koordinasiyalı fəaliyyəti nəticəsində ölkə ərazisinə yönəlmiş ikinci raket dalğası uğurla dəf edilib. Bütün raketlər ölkə ərazisinə çatmadan vurulub.

Eyni zamanda, İran dövlət agentliyi IRNA İordaniyadakı Muqaf as-Salti hava bazasında partlayış barədə xəbər yayıb. Agentliyin məlumatına görə, bu baza regionda ABŞ-nin əsas logistika mərkəzlərindən biri və strateji vacib hərbi obyekt hesab olunur.

İslan İnqilabı Keşikçiləri (KСIR) Bəhreyndə 5-ci donanmanın qərargahı və ABŞ-nin Qətər və BƏƏ-dəki bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. ISNA agentliyinin yaydığı məlumatda deyilir: “Raketlər və pilotsuz uçuş aparatları KСIR tərəfindən Bəhreində 5-ci donanmanın qərargahına, eləcə də Qətər və BƏƏ-dəki digər ABŞ bazalarına və işğal olunmuş ərazilərdəki hərbi obyektlərə güclü zərbələr endirib.”

Beləliklə, regionda qarşılıqlı zərbələr yeni mərhələyə qədəm qoyub və İranın hərbi əməliyyatları Körfəz regionundakı ABŞ və İsrail bazalarını birbaşa hədəfə çevirib. Hazırkı vəziyyət bölgədə eskalasiya riskinin yüksəldiyini göstərir və tərəflər arasında münaqişənin daha genişmiqyaslı hərbi toqquşmaya çevrilə biləcəyi barədə xəbərdarlıqlar artır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol