Menu

"Xamenei və Pezeşkian hədəf alınıb, nəticə məlum deyil" - İsrail rəsmisi

28.02.2026, 14:51
"Xamenei və Pezeşkian hədəf alınıb, nəticə məlum deyil" - İsrail rəsmisi

İsrailin İrana hücumlarında İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei və Prezident Məsud Pezeşkian hədəf alınıb.

APA xəbər verir ki, bu barədə anonim İsrail rəsmisi “The Times of Israel”ə danışıb.

Bildirilib ki, İranın ali hərbi və siyasi rəhbərliyi hücumların hədəfində olub.

Lakin hələlik hücumların nəticələri bilinmir.

Qeyd edək ki, bundan əvvəl İran mediası Pezeşkianın öldürülməsi ilə bağlı iddiaları təkzib edib. “Reuters“ isə Xameneinin Tehranda olmadığını və təhlükəsiz yerə köçürüldüyünə dair məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol