İranın Xarici İşlər naziri Abbas Əraqçi ölkənin cənubunda qızlar məktəbinin İsrail tərəfindən bombalanması ilə bağlı kəskin bəyanat yayıb.
Qeyd edib ki, hədəf alınan obyekt qızlar üçün ibtidai məktəb olub. Hücumun dərslər davam edərkən, günorta saatlarında baş verdiyi vurğulanır
"Bu bina İranın cənubunda yerləşən qızlar məktəbidir. O, içəridə çoxlu sayda şagirdin olduğu vaxt, günün işıqlı saatlarında bombalanıb. Təkcə bu məkanda onlarla günahsız uşaq həlak olub" , - deyə Əraqçi bildirib.
Əraqçi çıxışının sonunda qətiyyətlə qeyd edib ki, İran xalqına qarşı törədilən bu cinayətlər cavabsız və cəzasız qalmayacaq.
"AzPolitika.info"


Şərhlər