İran Bəhreyndəki ABŞ bazalarına hücum etdiyini açıqlayıb. Bu barədə İran dövlət televiziyasının məlumatında deyilir.
Bildirilib ki, ABŞ-İsrail hücumlarına cavab olaraq, İran ordusu Bəhreyndəki ABŞ bazasını kamikaze dronları ilə hədəfə alıb.
Dövlət televiziyasının yayımladığı görüntülərdə dronun ABŞ bazası olduğu ehtimal edilən əraziyə zərbə endirdiyi göstərilir. Məlumatda Bəhreyndəki digər ABŞ hədəflərinin də vurulduğu bildirilir.
Bəhreyn Daxili İşlər Nazirliyi açıqlamasında paytaxt Manamadakı bəzi yaşayış binalarının hədəfə alındığını və mülki müdafiə qruplarının hücuma məruz qalmış ərazilərdə yanğınsöndürmə və xilasetmə işlərini davam etdirdiyini bildirib. (“Qafqazinfo” )
Bəhreyndə İrana məxsus kamikaze dron göydələnə çırpılıb.
S0sial mediada yayılan görüntülərdə dronun çırpılmasından sonra şiddətli partlayış olduğu görünür.
Hadisə yerində xəsarət alanlar və ya maddi ziyanla bağlı rəsmi məlumat hələ açıqlanmayıb.
Dron hücumu regiondakı gərginliklərin artdığı bir vaxta təsadüf edir.


Şərhlər