İsrail mətbuatı İranda bir sıra yüksək rütbəli hərbçilərin və SEPAH komandirlərinin öldürüldüyünü iddia edib.

Yayılan siyahıya görə, ölənlər arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdolrəhim Musəvi, SEPAH-ın komandanı Məhəmməd Pakpur, komandan müavini Əhməd Vahidi, SEPAH-ın kosmik qüvvələrinin rəhbəri Məcid Musəvi, ordunun baş komandanı Əmir Hatəmi, müdafiə naziri Əziz Nəsirzadə və Ali Müdafiə Şurasının katibi Əli Şamxani var.

İran tərəfi bu iddiaları təsdiqləməyib. 

"AzPolitika.info"