Menu

Dubay və ABŞ bazaları vurulur - FOTO

01.03.2026, 09:15
Dubay və ABŞ bazaları vurulur - FOTO

İran ali dini lider Əli Xameneinin ölümünü təsdiqləməkə yanaşı, Yaxın Şərqdəki ABŞ müttəfiqlərinə və hərbi bazalarına raket və PUA zərbələrini davam etdirir.

“AzPolitika” xəbər verir ki, “Fars” xəbər agentliyinin məlumatına görə, Dubaydakı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahı İranın raket hücumuna məruz qalıb. Eləcə də İranın hava hücumundan sonra İraqın Ərbil beynəlxalq hava limanında yerləşən ABŞ aviabazası ciddi zərbə alıb. Məlumata görə, aviabaza yanır.

İranın PUA-ları isə Dubaydakı Burc Xəlifə binasının yaxınlığında vurulub. Buna baxmayaraq, Dubaya hücumlar davam edir. “Reuters” agentliyinin məlumatına görə, Dubayda güclü partlayışlar baş verib. İsrail mediasının məlumatına görə, İran raketləri BƏƏ-yə İsraillə eyni vaxtda atılıb.

Bu arada Çinin yayımladığı peyk görüntüləri göstərir ki, İranın hücumuna məruz qalan ABŞ-nin Küveytdəki Əli əs-Salem hava bazası tamamilə məhv edilib.

“AzPolitika.info”




Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol