İrana qarşı gözlənilən hücum gözlənilməz nəticələr yaratmaqdadır. Belə məlum olur ki, İran rəhbərliyi növbəti dəfə hər kəsin gözlədiyi hərbi zərbəyə yenə hazırlıqsız yaxalanıb. Nəticədə həm Əli Xamenei, həm onun bir neçə ailə üzvü, həm də rejimin xeyli sayda yüksək rütbəli təmsilçisi öldürülüb.
“AzPolitika” xəbər verir ki, İsrail ordusu İranın yeddi yüksək vəzifəli hərbiçisinin öldürüldüyü barədə məlumat yayıb.
Onların arasında Xameneinin təhlükəsizlik məsələləri üzrə şəxsi müşaviri və İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani də var. O, ölkənin milli təhlükəsizliyilə bağlı qərar qəbulunda əsas fiqur hesab olunurdu.
İranın müdafiə naziri Əziz Nəsirzadənin də öldüyü bildirilir. O, əvvəllər İran Hərbi Hava Qüvvələrinin komandanı və Baş Qərargah rəisinin müavini də daxil olmaqla bir sıra mühüm vəzifələrdə çalışıb.
İsrail tərəfinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Məhəmməd Pakpur da öldürülüb. O, bu vəzifəni 12 günlük müharibədən - 2025-ci ilin iyun ayından bəri tuturdu. O, həmçinin ölkədə etirazların yatırılmasına rəhbərlik edib. Ölənlər arasında kəşfiyyat agentliyinin (Fövqəladə Komandanlıq) rəhbəri Xatem əl-Ənbiya və İran Ali Komandanlığının yüksək rütbəli kəşfiyyat zabiti Saleh Əsədi də var. İsrail ordusu həmçinin 1989-cu ildən bəri Ali Liderin Hərbi İdarəsinə rəhbərlik edən Məhəmməd Şirazinin öldürüldüyünü açıqlayıb.
Bundan əlavə, nüvə, bioloji və kimyəvi tədqiqat layihələrini idarə edən Müdafiə İnnovasiyası və Tədqiqat Təşkilatının (SPND) sədri Hüseyn Cəbəl Amelianın ölümü barədə məlumat verilir.
Ölənlər arasında İsrail tərəfinin məlumatına görə, nüvə proqramının inkişafı səylərini təşviq edən SPND-nin keçmiş sədri Rza Mozaffari-Nia da var. İranın Fars xəbər agentliyinin məlumatına görə, Xameneinin qızı, gəlini, kürəkəni və nəvəsi də həlak olub.
Məlumata görə, hazırda İranın bütün məscidləri Əli Xameneinin vəfatı ilə bağlı yas tutur. Ölkədə matəm elan olunub. İranın dövlət televiziyasının verdiyi məlumata görə, İranın şimal-şərqində, Məşhəd şəhərindəki İmam Rza məscidinin üzərində Xameneinin ölümü ilə əlaqədar qara bayraq qaldırılıb.
Lakin bununla yanaşı, Xameneinin ölümünü bayram edənlər də var. Bir çox iranlılar Əli Xameneinin vəfatını coşğun şəkildə qeyd edirlər. Yayımlanan görüntülərdə sevincli alqışlar və atəşfəşanlıq görünür.
İranın Fars əyalətinin sakinləri Əli Xameneinin vəfatını qeyd etmək üçün küçələrə çıxıblar. Nümayiş zorakılığa çevrilib, etirazçılar İslam Respublikasının simvollarını dağıdıblar və yandırıblar.
İranın Şiraz, Nurabad, İsfahan və digər şəhərlərinin sakinlərinin küçələrə çıxaraq Xameneinin ölümünü qeyd etdiyinə dair xeyli görüntülər var.
Bir sözlə, İran həm yas tutur, həm də atəşfəşanlıq edir. Bu da bir daha ölkənin böyük çaşqınlıq içində və yol ayrıcında olduğunu göstərir.
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) March 1, 2026
— Newsfeed (@Newsfeed883920) February 28, 2026
— Newsfeed (@Newsfeed883920) February 28, 2026
— Newsfeed (@Newsfeed883920) February 28, 2026


Şərhlər
İnanmıram ki, hansısa ölkə-dövlət nəinki, Dünyanın ən güclü Hərbi Armadasından, özündən on dəfə kiçik Dövlətə bir gecədə Müdafiə Başları-Generallarının *başlarını kəsdirsin*, daha altı ay keçməmiş bir daha bombalansın və nəyəsə-yalnız hərbi təccavüzlərin bitməsinə! sevinsinlər. Yarım əsr Fələstin ərazisini razılıqlı qaytarmaq əvəzinə təxribatçı qruplaşmalar yaratmaqla bir daha məhv edirlərsə, sülhə inam!?
Baxın, bununölümünə gənclər necə sevinirlər.....
Buna həm də deyərlər kəndilərini içdən çökərdən rejimlər.