Menu

İranda öldürülən yüksək vəzifəli şəxslərin adları açıqlanıb - ADLAR

01.03.2026, 13:03
İranda öldürülən yüksək vəzifəli şəxslərin adları açıqlanıb - ADLAR

ABŞ və İsrailin hücumları nəticəsində İranın Kəşfiyyat Nazirliyinin generalı Sərdar Rzayi öldürülüb.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ ilə İsrailin hücumları nəticəsində İranda öldürülən digər  yüksək vəzifəli şəxslərin adları açıqlanıb.

Siyahıda İranın Ali rəhbəri Əli Xamenei, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, ali dini liderin müşaviri Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadənin adı var.

Qeyd olunur ki, həlak olan digər şəxslərin adları sonradan açıqlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol