Menu

İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti o icra edəcək

01.03.2026, 14:36
İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti o icra edəcək

Ayətullah Əli Rza Arafi İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

APA-nın İran mediasına istinadən xəbər verir ki, bu gün Ekspertlər Şurasının iclasında Müvəqqəti Rəhbərlik Şurasının daha bir üzvü müəyyənləşib.

Ekspertlər Şurasının iclasında ayətullah Əli Rza Arafi Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib. Ayətullah Əli Rza Arafi müvəqqəti Ali Liderin səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olmalı idi.

Şərhlər

Ehtiqad 2026-03-01 15:18:06

İranda bir idarə edən var oda Peziskiyandı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol