Menu

ABŞ-də atışma nəticəsində üç nəfər ölüb, 17 nəfər yaralanıb

01.03.2026, 17:42
ABŞ-də atışma nəticəsində üç nəfər ölüb, 17 nəfər yaralanıb

ABŞ-nin Texas ştatının Ostin şəhər mərkəzində baş verən atışma nəticəsində üç nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Austin American-Statesman" qəzeti xəbər verib.

"İlkin məlumata görə, azı 17 nəfər xəstəxanalara aparılıb", - qəzet yazıb.

Məlumata görə, atışma bu səhər Qərbi Altıncı və Nueces küçələrinin kəsişməsində başlayıb. Ostin polisi yerli hüquq-mühafizə orqanı əməkdaşının şübhəlini güllələyərək öldürdüyünü təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol