Menu

SEPAH İranın müdafiə nazirinin öldüyünü təsdiqləyib

01.03.2026, 22:34
SEPAH İranın müdafiə nazirinin öldüyünü təsdiqləyib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin müdafiə naziri, general-leytenant Əziz Nəsirzadənin ABŞ və İsrailin zərbələri nəticəsində öldüyünü təsdiqləyib.

APA-nın xəbərinə görə, İran dövlət mediasının yaydığı bəyanatda bildirilir ki, “bu görkəmli müdafiə xadiminin şəhid olması silahlı qüvvələr və İran xalqı üçün ağır itkidir”.

Bəyanatda qeyd olunub ki, Nəsirzadənin ölümü milli birliyi daha da gücləndirəcək, genişmiqyaslı müdafiə proqramlarının icrasını sürətləndirəcək və ölkənin ali milli maraqlarının qorunması istiqamətində strateji iradəsini dərinləşdirəcək.

Şərhlər

Eli 2026-03-01 23:02:07

Bu İran nece dövletdir ki müharibenin 1- ci günü düşmen onun müdafue nazirini öldürüb gülmeludur valkah .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol