Menu

Masallıda idman kompleksində idman edən şəxs ölüb

02.03.2026, 12:54
Masallıda idman kompleksində idman edən şəxs ölüb

Masallı İdman Kompleksində idman edən kişi ölüb.

Hadisə fevralın 28-də qeydə alınıb. 1977-ci il təvəllüdlü Səbuhi Abbasov Masallı İdman Kompleksində idman edərkən halı pisləşib.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol