Menu

“İranın nüvə obyektləri məhv edilib deyən də eyni prezident olub" - ABŞ senatoru Trampı tənqid etdi

02.03.2026, 13:09
“İranın nüvə obyektləri məhv edilib deyən də eyni prezident olub" - ABŞ senatoru Trampı tənqid etdi

ABŞ senatoru Bernie Sanders Prezident Donald Trampı sərt tənqid edib.

Senator sosial şəbəkə hesabında paylaşım edərək Trampın “İrana hücum etməliyik, çünki onun nüvə silahına sahib olmasına icazə verə bilmərik” sözlərini xatırladıb və buna “Doğrudanmı?” sualı ilə reaksiya verib. 

Sanders qeyd edib ki, ötən ilin iyun ayında “İranın nüvə obyektləri məhv edilib” deyən də eyni prezident olub.

O, ABŞ-nin əvvəlki hərbi müdaxilələrinə də toxunaraq “Vyetnam. İraq. İran. Daha bir yalan. Daha bir müharibə...” ifadələrini işlədib və Vaşinqtonun Yaxın Şərqdə yeni və uzunmüddətli müharibəyə sürüklənməməli olduğunu bildirib.

Sanders Trampın hazırkı hərbi müdaxilə əsaslandırmasında ziddiyyət olduğunu vurğulayaraq ABŞ-nin regionda gərginliyi artıracaq addımlardan çəkinməli olduğunu müdafiə edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol