Menu

"İran ərazimizə endirdiyi aviazərbələrə görə cavab verməli olacaq" - Qətər XİN

02.03.2026, 15:01
"İran ərazimizə endirdiyi aviazərbələrə görə cavab verməli olacaq" - Qətər XİN

Qətər İranın onun ərazisinə endirdiyi aviazərbələrdən sonra cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.

"Report" xəbər verir ki, bu barədə Qətər XİN-in mətbuat katibi Macid bin Məhəmməd əl-Ənsari CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qətər hərbçiləri İranın mülki infrastruktura, o cümlədən beynəlxalq hava limanına yönəlmiş hücumlarının qarşısını alıb.

Ənsari qeyd edib ki, bu cür hücumlar cavabsız qala bilməz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol