Menu

İran–Ermənistan quru sərhədi yenidən açılıb – Səfirdən açıqlama

02.03.2026, 16:53
İran–Ermənistan quru sərhədi yenidən açılıb – Səfirdən açıqlama

İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, İran–Ermənistan quru sərhədi 24 saat bağlı qaldıqdan sonra yenidən açılıb.

Onun sözlərinə görə, İranın iki sərhəd-keçid məntəqəsi sərhəddə fəaliyyət göstərən sistemlərdə yaranmış problemlər səbəbindən bir sutka bağlı olub. Həmin keçidlərdən biri də İran-Ermənistan sərhədi idi. Səfir qeyd edib ki, problem səhər saat 09:30-da aradan qaldırılıb və hazırda hər iki istiqamətdə hərəkət normal qaydada davam edir.

Qeyd olunur ki, rəsmi İrəvan İran–Ermənistan quru sərhədinin bağlanması ilə bağlı hər hansı məlumat yaymayıb.

Səfirin sözlərinə görə, İranın Qafan şəhərindəki baş konsulu hazırda sərhəddədir və onun verdiyi məlumata əsasən, keçid məntəqəsində toplanış yoxdur. Diplomat əlavə edib ki, sərhəd bağlı olduğu müddətdə 30–40 nəfər vətəndaş gözləmə vəziyyətində olub. Onların beynəlxalq aviabiletləri var idi və İrəvandan uçuş etməli idilər.

Səfir həmçinin vurğulayıb ki, bəzi İran vətəndaşları geri qayıdarkən əvvəlcə təyyarə ilə İrəvana gəlir, daha sonra quru yolu ilə Tehrana yollanırlar. Onun sözlərinə görə, dünən təxminən 20 nəfər quru yolla İrana gedib, daha 15 nəfər isə əvvəl İrəvana çatacaq, daha sonra İrana yola düşəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol