Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərarla Dövlət Turizm Agentliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Dövlət Turizm Agentliyinin sədri
Kollegiyanın üzvləri:
Dövlət Turizm Agentliyi sədrinin müavini
Dövlət Turizm Agentliyi Aparatının rəhbəri
Dövlət Turizm Agentliyi Aparatının Turizm siyasəti və strategiyası şöbəsinin müdiri
Dövlət Turizm Agentliyi Aparatının Mədəni irs və regional turizm şöbəsinin müdiri
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru
Azərbaycan Turizm Bürosu İdarə Heyətinin sədri
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri
Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin İcraçı direktoru.


Şərhlər
Yarıtmaz fəaliyyət nəticəsində turizm sahəsi məhv olub turist gəlişi region ölkələri arasında mənfiyə düşüb amma yenədə agentlik borcla xərclə saxlanılır. Regionda müharibələr və münaqişələr hər il daha da alovlanır amma savadsız idarəetmə heyətə milyonlarla vəsait ayrılır. Sədr fuad nağıyevin nə də müavin azadə hüseynovanın nə turizm təhsili nə də təcrübəsi olub amma turizm ölkədə bu iki bisavadın idarəetməsinə verilib. Çünki himayə edilir ... vəsaitlər səmərəsiz və israfçı şəkildə xərclənir və bu kiminsə cibinə xoşdur. Agentliyin inzibati binasına ildə haradasa yarım milyona yaxın icarə ödənir niyə? Dövlətə millətə gəlir gətirməyən fayda verməyən təşkilat niyə məqsədli şəkildə saxlanır? Xalqın gördüyünü bəziləri görmür çünki sərf etmir deyilənlər! Turizm halbuki mədəniyyət nazirliyi tərkibində bir xidmət kimi fəaliyyət göstərə bilər. Turizm agentliyi agent yuvası olduğu ortaya çıxdı amma yenədə himayə edilir. ....