Netanyahu çıxışında İsrailin “pis qüvvələrə qarşı mübarizə apardığını”, özlərinin isə “yaxşı tərəf” olduğunu iddia edib. Onun sözlərinə görə, İran rejimi illərdir “Amerikaya ölüm” şüarları səsləndirir və regionda terror şəbəkəsi yayır.
İsrail Baş naziri İranı ABŞ-ni məhv etməyə qərarlı rejim kimi xarakterizə edib və Şimali Koreya ilə müqayisə edib. O bildirib ki, vaxtilə heç kəs Şimali Koreyanın qarşısını almayıb və nəticədə bu ölkə ballistik raketlər və nüvə başlıqları əldə edib. Netanyahu İranın daha böyük təhlükə olduğunu iddia edərək, “İran 50 Şimali Koreyaya bərabərdir” deyə vurğulayıb.
“İranı kim idarə edəcək?” sualına cavabında Netanyahu bildirib ki, ilk növbədə İran xalqının öz taleyini nəzarətə götürməsi və demokratik yolla seçilmiş hökumət qurması üçün şərait yaradılmalıdır. Onun fikrincə, bu, tamamilə fərqli bir İranın formalaşmasına səbəb ola bilər.
"AzPolitika.info"


Şərhlər