Menu

ABŞ-nin bu qədər hərbçisi həlak olub - İranla qarşıdurma fonunda

03.03.2026, 11:42
ABŞ-nin bu qədər hərbçisi həlak olub - İranla qarşıdurma fonunda

ABŞ-nin İranla qarşıdurmada itkilərinin artdığı bildirilir.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı açıqlama yayıb. 

Bildirilib ki, döyüş əməliyyatları zamanı altı amerikalı hərbçi həlak olub. Həmçinin qeyd olunub ki, İranın bölgədə həyata keçirdiyi ilk hücumlar zamanı zərər görmüş obyektdən iki hərbçinin qalıqları yaxın vaxtlarda çıxarılıb.

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Həmin tarixdən sonra tərəflər qarşılıqlı şəkildə bir-birinə məxsus obyektlərə zərbələr endirir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol