Menu

Ukraynada daha bir azərbaycanlı itkin düşüb – Rus dilini bilmirmiş... (FOTO)

03.03.2026, 12:40
Ukraynada daha bir azərbaycanlı itkin düşüb – Rus dilini bilmirmiş... (FOTO)

1994-cü il təvəllüdlü Ağcabədi rayon sakini Haciyev Yusif Rusiya-Ukrayna müharibəsində itkin düşüb.

“AzPolitika” xəbər verir ki, bu barədə bloger Tofiq Şahmuradov öz sosial şəbəkə səhifəsində məlumat paylaşıb. Məlumatda deyilir ki, Hacıyev Rusiya Ordusunun tərkibində Kupyansk istiqamətində gedən döyüşlərdə itkin düşüb. Ailəsinin məlumatına görə, onu aldadıb aparıblar və Hacıyev heç rus dilini də bilmirmiş.

Qeyd edək ki, xüsusilə son zamanlar rus ordusunun tərkibində Ukraynada həlak olan və itkin düşən azərbaycanlıların sayı xeyli artıb. Onların arasında rus ordusu ilə müqavilə bağlayaraq, pula şirnikləşənlər də var, başqa iş adı ilə aldadılaraq, döyüş bölgəsinə aparılanlar da.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol