Ukraynada seçkilər yalnız müharibə bitdikdən sonra keçirilə bilər. Hətta müvəqqəti atəşkəs dövründə belə seçki olmayacaq.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Corriere della Sera”-ya verdiyi müsahibədə deyib.
"Seçkilər, şübhəsiz ki, müvəqqəti atəşkəs dövründə deyil, müharibə bitdikdən sonra keçiriləcək", - deyə Prezident bildirib.
Qeyd edək ki, Rusiyanın tələblərindən biri də “legitimliyi bitmiş” Zelenski hakimiyyətinin yeni seçkiyə getməsi idi. Ukrayna bunun üçün azı 60 günlük atəşkəs istəmişdi. Lakin Rusiya tərəfi yalnız bir günlük atəşkəsə razılıq vermişdi.
Qərb mətbuatı isə bir müddət əvvəl yazmışdı ki, Ukrayna bu ilin may ayında seçki elan edə bilər.
“AzPolitika.info”

Şərhlər