Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana qarşı başlanmış müharibənin regionda nüvə silahlanması riskini artıra biləcəyini bəyan edib.Lavrov bildirib ki, Tehrana qarşı aparılan hərbi əməliyyatlar təkcə İranın özündə deyil, ona qonşu olan ölkələrdə də nüvə silahı əldə etməyə marağı gücləndirə bilər.
Nazirin sözlərinə görə, İrana qarşı müharibə nüvə silahının yayılmasının qarşısını almaq məqsədi ilə əsaslandırılsa da, nəticədə tam əks prosesə təkan verə bilər.
“Belə stimullar dərhal İranla həmsərhəd ərəb ölkələrində meydana çıxacaq. Məhz buna görə də nüvə silahının yayılmasının qarşısını almaq niyyəti ilə başlanmış müharibə diametral şəkildə əks meylləri təşviq edə bilər”, – deyə Lavrov vurğulayıb.
“AzPolitika.info”


Şərhlər