Menu

İsrail ordusu Livanın Xiyam şəhərinə daxil olub

04.03.2026, 15:24
İsrail ordusu Livanın Xiyam şəhərinə daxil olub

İsrail qoşunları Livanla sərhəddən 6 kilometr məsafədə yerləşən Xiyam şəhərinə daxil olub.

APA xəbər verir ki, bu barədə Livan televiziyası məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Livan-İsrail sərhədindən təxminən altı kilometr məsafədə yerləşən Livanın cənubundakı Xiyam şəhərini ələ keçirib.

“Xiyam şəhərində davamlı artilleriya atəşləri eşidilir, İsrail ordusu şəhərə daxil olub”, - dövlət mediası bildirir.

İsrail ordusu bildirib ki, qoşunları Livanın cənubunda daha da dərinə yerləşdirmək qərarı Hizbullahın hücumlarına qarşı "gücləndirilmiş müdafiə mövqeyi"nin qurulması planının bir hissəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol