ABŞ, İsrail və İran arasındakı müharibə beşinci günündə davam etdiyi bir vaxtda Argentina lideri Xavyer Mileyin sosial mediada paylaşdığı video böyük müzakirələrə səbəb olub.
Miley öz "Instagram" hesabında, Donald Trampın İranın mərhum dini lideri Əli Xamanei və Venezuelanın keçmiş dövlət başçısı Nikolas Maduronu bir sehrbazlıq nümayişi ilə yoxa çıxarmasını əks etsirən görüntülər paylaşıb.
Paylaşım sürətlə yayılaraq minlərlə şərh və reaksiyalar alıb, bir çox istifadəçi isə bir dövlət başçısının belə bir məzmunu paylaşmasının diplomatik baxımdan riskli və qeyri-adi olduğunu müdafiə edib.
Həmin videonu təqdim edirik:

Şərhlər