İsrail ordusu Tehranın şərq hissəsində yerləşən iri hərbi kompleksə genişmiqyaslı hava zərbəsi endirib.
"AzPolitika" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyat dəqiq kəşfiyyat məlumatları əsasında və yüksək dəqiqliklə həyata keçirilib. Hədəfə alınan kompleksdə İranın əsas güc strukturlarının qərargahları yerləşib və obyekt iranlı əməliyyatçıların fəaliyyətinin koordinasiyası üçün istifadə olunub. İsrail tərəfinin açıqlamasına görə, hücum zamanı aşağıdakı komanda mərkəzləri vurulub:
İslam İnqilabı Keşikçiləri Korpusunın (SEPAH/Korpus) qərargahı
Kəşfiyyat idarəsinin qərargahı
“Bəsic” qüvvələrinin qərargahı
“Qüds” xüsusi təyinatlı qüvvələrinin qərargahı
Daxili təhlükəsizlik qüvvələrinin qərargahı
Kibermüharibə bölməsinin qərargahı.


Şərhlər