Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində günorta radələrində dron hücumları həyata keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumatda qeyd olunub ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Məlumatda o da qeyd edilib ki, hücum nəticəsində Hava Limanının binasına zərər dəyib və iki nəfər mülki şəxs xəsarət alıb.
"AzPolitika.info"


Şərhlər