Rusiya Federasiyası Müdafiə nazirinin(Sergey Şoyqunun nazir olduğu dönəmdə-red.) keçmiş birinci müavini Ruslan Salikov cinayətkar təşkilatın yaradılması, rüşvətxorluq, mənimsəmə və çirkli pulların yuyulması ilə bağlı işlə əlaqədar saxlanılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (ICR) sözçüsü Svetlana Petrenko məlumat verib.
"Rusiya Federasiyası Müdafiə Nazirinin keçmiş birinci müavini Ruslan Salikova qarşı 2017-2024-cü illər arasında büdcə vəsaitlərini mənimsəyən cinayətkar təşkilatın yaradılması, eləcə də çirkli pulların yuyulması və rüşvətxorluq ittihamları ilə cinayət işi açılıb", - Petrenko jurnalistlərə bildirib.
O qeyd edib ki, "təqsirləndirilən şəxs saxlanılıb və onun məhkəməyəqədər həbs qətimkan tədbiri ilə bağlı qərar qəbul edilir".
“AzPolitika.info”


Şərhlər