Menu

Bayrama görə martın pensiyaları qrafikdən əvvəl ödənilib

06.03.2026, 12:27
Bayrama görə martın pensiyaları qrafikdən əvvəl ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramla əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib.

Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Habelə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi qrafikdən əvvəl həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin mart ayı üzrə pensiyaları da bu ay qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədərki dövrdə ödəniləcək.

Şərhlər

Nailə əhmədova 2026-03-10 19:27:32

Gözden elilərin pensiyasida vaxtinan əvvəle ödənəcek

Nəcəfquluyea Təranə 2026-03-10 17:31:01

Fevral ayi bizim pensiyə ödənilməyib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol